"Bakıda çox işim olacağını gözləyirdim, artıq “Qarabağ”ın tempinə öyrəşdim”

18 Avqust 2022 14:20 Çempionlar Liqası 1 191
"Bakıda çox işim olacağını gözləyirdim, artıq “Qarabağ”ın tempinə öyrəşdim”

"Qarabağ" inanılmaz dərəcədə yüksək keyfiyyətli komandadır".

bunu "Viktoriya"nın (Plzen) qapıçısı Yindrjix Stanek Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.

26 yaşlı qolkiper doğma meydanda qələbə qazanacaqlarına inandığını bildirib:

"Bakıda çox işim olacağını gözləyirdim. Artıq rəqibin tempinə öyrəşdim. Cavab görüşünü öz meydanımızda keçirəcəyik.

Evdə oynamaq həmişə daha yaxşıdır. Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəyimizə inanıram".

Avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə