"Qarabağ" - Çempionlar Liqasında topa ən çox sahib olan komanda

18 Avqust 2022 11:00 Çempionlar Liqası 692
"Qarabağ" - Çempionlar Liqasında topa ən çox sahib olan komanda

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" qitənin bir nömrəli klub turnirində topa ən çox sahib olan komandadır.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 64 faizlə birinci pillədə qərarlaşıb. Türkiyə "Trabzonspor"u 62 faizlə ikinci, Şotlandiya "Reyncers"i isə 56 faizlə üçüncüdür.

"Qarabağ" pley-off mərhələsinin ilk oyununda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qolsuz heç-heçə edib. Avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı