Zubirin bu açıqlaması hər kəsdə ümid yaradacaq

18 Avqust 2022 00:30 Çempionlar Liqası 3 386
Zubirin bu açıqlaması hər kəsdə ümid yaradacaq

"Çox yaxşı komandaya qarşı çıxış etdik".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir Bakıda "Viktoriya" (Plzen) ilə qolsuz heç-heçə etdkləri Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

31 yaşlı yarımmüdafiəçi qarşılaşmanın çətin keçdiyini bildirib:

"Rəqib fiziki cəhətdən güclüdür. Öz oyunumuzu göstərməyə çalışdıq. Amma bu, o qədər də asan olmadı.

Səfərdə daha yaxşı nəticə əldə edəcəyimizə inanıram. Plzenə böyük həvəslə yollanacağıq və orada əlimizdən gələnin ən yaxşısını edərək qalib gəlməyə çalışacağıq".

Zubir Çempionlar Liqasının qrup mərhələsində oynamağa layiq olduqlarını söyləyib:

"Rəqibin burayadək irəliləməsi onun gücündən xəbər verir. Səfərdə qalib gələrək istəyimizə nail olmaq istəyirik".

Avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!