"Viktoriya"nın müdafiəçisi: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirəm"

17 Avqust 2022 15:50 Çempionlar Liqası 342
"Viktoriya"nın müdafiəçisi: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirəm"

Çexiyada “Siqma”dan “Viktoriya”ya keçmiş Vaçlav Yemelka Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la görüşləri barədə danışıb.

Sportinfo.az xəbər verir ki, “iSport”a açıqlama verən çexiyalı futbolçu bunları deyib:

“Böyük hədəflər uğrunda mübarizə aparmaq üçün Plzen klubuna keçmişəm. Şadam ki, bu keçid gerçəkləşdi.

Bəli, uşaqlar komandanı pley-off mərhələsinə çıxarıb. İndi mən “Qarabağ”a qarşı oyunu səbirsizliklə gözləyirəm.

Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparacam. Görək də necə olacaq. “Qarabağ”la görüşü səbirsizliklə gözləyirəm”.

​27 yaşlı müdafiəçi 2020/2021 mövsümünü “Löven”də icarə əsasında keçirib. O, Çexiya millisinin üzvüdü.

Digər Xəbərlər
Xəbər Lenti