"Qarabağ" çox keyfiyyətli, yüksək büdcəli və əla oyunçuları olan komandadır"

17 Avqust 2022 20:20 Çempionlar Liqası 1 564
"Qarabağ" çox keyfiyyətli, yüksək büdcəli və əla oyunçuları olan komandadır"

"Qarabağ" çox keyfiyyətli rəqibdir".

Sportinfo.az xəbər verir ki, bunu "Viktoriya"nın (Plzen) sabiq baş məşqçisi Roman Pivarnik Çexiya təmsilçisinin "köhlən atlar"a qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl "İsport"a açıqlamasında deyib.

2016/2017 mövsümündə ölkə çempionunun sükanı arxasında olan 55 yaşlı mütəxəssis "Qarabağ"ı mübarizədən kənarlaşdırdıqları III təsnifat mərhələsinin oyunlarını xatırlayıb:

"Bu, çox gözəl xatirələrdir. Çünki səfər oyunundan sonra mərhələ adlamışdıq. Rəqib burada yetəri qədər qiymətləndirilmirdi. Amma çox keyfiyyətli, yüksək büdcəli və əla oyunçuları olan komanda idi".

Pivarnik Plzendəki ilk görüşdə hesabın açılmadığını söyləyib:

"Həmin vaxt Yan Baranek meydandan qovulmuşdu və görüşü 10 nəfərlə başa vurduq. Bakıda 1:1 hesablı heç-heçə qeydə alındı və səfər qolu sayəsində mərhələ adladıq".

Bu gün keçiriləcək "Qarabağ" – "Viktoriya" matçı saat 20:45-də başlayacaq. Cavab görüşü avqustun 23-də Plzendə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti