"Hər kəs "Qarabağ"ı udub, qrupa çıxmaq üçün əlindən gələni edəcək"

17 Avqust 2022 16:20 Çempionlar Liqası 824
"Hər kəs "Qarabağ"ı udub, qrupa çıxmaq üçün əlindən gələni edəcək"

“Qarabağ”la matçların nəticəsinə təsir etmək imkanımın olması mənim üçün böyük motivasiyadır".

Sportinfo.az xəbər verir ki, bunu "Viktoriya"nın (Plzen) futbolçusu Erik Yirka Bakıda Azərbaycan təmsilçisinə qarşı keçirəcəkləri Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl deyib.

Slovakiya Futbol İttifaqının rəsmi saytına müsahibə verən 25 yaşlı vinger çox yaxşı heyətlərinin olduğunu bildirib:

"Hər kəs qrup mərhələsinə yüksəlmək üçün əlindən gələni edəcək. Komandanın avrokuboklarda çıxış etməsi mənim buraya gəlməyimdə böyük rol oynayıb.

Hər klubun Çempionlar Liqasının qrupunda oynamaq imkanı yoxdur. Lakin qrup mərhələsinə vəsiqə qazanmaq asan olmayacaq".

Bu gün keçiriləcək "Qarabağ" – "Viktoriya" matçı saat 20:45-də başlayacaq. Cavab matçı avqustun 23-də Plzendə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti