
Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) Norveçdə "Budö Qlimt"in qonağı olub.
Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyuna ehtiyatda başlayan Emreli 69-cu dəqiqədə Mislav Orşiçin əvəzinə meydana daxil olub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada "Kopenhagen"lə üz-üzə gəlib və 1:2 hesabı ilə məğlub olub.
Digər qarşılaşmada isə Şotlandiya "Reyncers"i evdə Niderlandın PSV klubu ilə məhsuldar heç-heçə edib - 2:2.
Pley-off mərhələsinin digər 3 oyunu avqustun bu gün olacaq. Azərbaycan çempionu "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.
16 avqust
23:00. "Budö Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0
Qol: Amal Pelleqrino, 37
23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə) - 2:1
Qollar: Viktor Klaesson, 9. Lukas Lerager, 48 - Anastasios Bakasetas, 79
23:00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland) - 2:2
Qollar: Antonio Çolak, 40. Tom Lourens, 70 - İbrahim Sanqare, 37. Armando Obispo, 78