"Viktoriya" bu futbolçuları Bakıya gətirdi - "Qarabağ"la oyun üçün

16 Avqust 2022 12:40 Çempionlar Liqası 1 233
"Viktoriya" bu futbolçuları Bakıya gətirdi - "Qarabağ"la oyun üçün

"Viktoriya" (Plzen) "Qarabağ"la Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya yollanacaq futbolçuları açıqlayıb.

Sportinfo.az xəbər verir ki, siyahıda 23 oyunçu yer alıb.

Qapıçılar: Marian Tvrdon, Martin Yedliçka, Yindrjix Stanek;

Müdafiəçilər: Lukaş Heyda, Məhəmməd Tijani, Ludek Pernitsa, Vatslav Yemelka, Milan Havel, Filip Çihak, Libor Holik;

Yarımmüdafiəçilər: Vatslav Pilarj, Yan Sikora, Yan Kopiç, Con Moskera, Pavel Buxa, Kadu, Lukaş Kalvax, Aleş Çermak, Erik Yirka, Modu NDiay;

Hücumçular: Yan Kliment, Tomaş Xori, Rene Dediç.

İyulun 17-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti