Mahir Emreli sağaldı - Bu gün Norveçdə meydana çıxacaq? - FOTOLAR

16 Avqust 2022 13:40 Çempionlar Liqası 1 819
Mahir Emreli sağaldı - Bu gün Norveçdə meydana çıxacaq? - FOTOLAR

Bu gün Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək. Bütün görüşlər Bakı vaxtı ilə eyni saatda başlayacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) Norveçdə "Budö Qlimt"in qonağı olacaq.

Zədəsini sağaldan 25 yaşlı hücumçunun bu oyunda meydana çıxması gözlənilir. Emreli ötən il Polşa "Legiya"sının heyətində ÇL-in I təsnifat mərhələsində hazırkı rəqiblərinə 2 qol vurub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada "Kopenhagen"lə üz-üzə gələcək. Digər qarşılaşmada isə Şotlandiya "Reyncers"i evdə Niderlandın PSV klubunu sınağa çəkəcək.

Pley-off mərhələsinin digər 3 oyunu avqustunda 17-də olacaq. Azərbaycan çempionu "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.

16 avqust

23:00. "Budö Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə)

23:00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti