"Pley-off oyununu səbirsizliklə gözləyirəm, çünki əvvəllər heç vaxt belə bir görüşün iştirakçısı olmamışam".
Sportinfo.az xəbər verir ki, bunu "Viktoriya"nın (Plzen) futbolçusu Lukaş Kalvah Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçı barədə danışarkən deyib.
27 yaşlı yarımmüdafiəçi qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəklərinə inandığını bildirib:
"Azarkeşlərimizlə birlikdə buna nail ola bilərik. Həqiqətən istədiyimiz və uğrunda mübarizə apardığımız böyük uğura iki görüş qaldı".
Avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

