"Qarabağ"a qarşı yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik"

16 Avqust 2022 01:50 Çempionlar Liqası 905
"Qarabağ"a qarşı yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik"

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya" (Plzen) daha bir futbolçu ilə güclənib.

Sportinfo.az xəbər verir ki, çexiyalılar "Ferentsvaroş"un hücumçusu Akpan Bessini icarəyə götürüb.

Nigeriyalı forvardla 1 illik müqavilə imzalanıb.

"Qarabağ" 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"u mübarizədən kənarlaşdırıb. Forçun Akpan Bessi III təsnifat mərhələsinin Ağdam təmsilçisi ilə matçını xatırladıb:

"Çətin matç idi, indi də belə olacaq. “Qarabağ” irəlidə fəal oynayır və bütün diqqətini rəqibin səhvlərinə cəmləyir.

Yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik. İnanıram ki, yaxşı mübarizə aparacağıq və bu komandanın öhdəsindən gələcəyik. "Qarabağ"a qalib gələ bilərik".

"Qarabağ" "Viktoriya" ilə ilk matçı 17 avqust tarixində, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Komandalar arasında cavab oyunu isə ayın 23-ü Çexiyada baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti