"Qarabağ"a uduzandan sonra biz bunu bacardıq"

16 Avqust 2022 01:00 Çempionlar Liqası 1 309
"Qarabağ"a uduzandan sonra biz bunu bacardıq"

“Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “Qarabağ”a məğlubiyyət fonunda komandamın oyunundan razı qaldım.

Psixoloji olaraq tez bir zamanda toparlanmaq önəmli idi və bunu bacardıq.

Üstəlik, "Ferentsvaroş" Avropa yarışlarında Macarıstanı da təmsil edən komandanı böyük hesabla məğlub etdi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov Macarıstan çempionatında "Fehervar"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "Sport Ekpress"ə açıqlamasında deyib.

"İndi biz Avropa Liqasının pley-off mərhələsində “Şemrok Rovers”lə ardıcıl iki oyuna hazırlaşırıq.

Ölkə çempionatında növbəti turun oyunu təxirə salındığı üçün indi yalnız İrlandiya təmsilçisini öyrənirik. Onları bu cümə axşamı evdə qəbul edəcəyik və bir həftədən sonra səfərə çıxacağıq.

"Fehervar"la görüşdə "Qarabağ"la oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər etdik. Qarşımızda Avropa Liqasının qrup mərhələsinə düşmək vəzifəsi durur" - deyə o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!