“Qarabağ”a görə Bakıya gələcək “Viktoriya”dan SON XƏBƏR

16 Avqust 00:30 Çempionlar Liqası 1 002
“Qarabağ”a görə Bakıya gələcək “Viktoriya”dan SON XƏBƏR

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq "Viktoriya"nın Plzen Bakıya səfər planı bəlli olub.

Sportinfo.az xəbər verir ki, Plzen təmsilçisi avqustun 16-sı səhər saatlarında Azərbaycan paytaxtına yola düşəcək.

Saat 19:45-də "Viktoriya"nın baş məşqçisi Mixal Bilekin mətbuat konfransı baş tutacaq. Ardınca isə Çexiya çempionu matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqə çıxacaq.

Avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti