Öncə Qurban Qurbanov, sonra... DANIŞMAQ NÖVBIƏSİ

15 Avqust 02:20 Çempionlar Liqası 644
Öncə Qurban Qurbanov, sonra... DANIŞMAQ NÖVBIƏSİ

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Viktoriya” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, öncə "Qarabağ"ın çalışdırıcısı mətbuat önünə çıxacaq.

Ağdam klubunun baş məşqçisinin mətbuat konfransı avqustun 16-ı 12:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 18:15-də isə "Azərsun Arena"da media üçün ilk 15 dəqiqəsi açıq olan məşq keçiriləcək.

Həmin gün 19:45-də Tofiq Bəhramov adına Respublika stadionunda "Viktoriya"nın baş məşqçisi Mixal Bilekin mətbuat konfransı nəzərdə tutulub. 20:30-da isə Plzen klubunun media üçün ilk 15 dəqiqəsi açıq məşqi baş tutacaq.

​Qeyd: Oyunundan öncə və sonra mətbuat konfranslarında iştirak edəcək media nümayəndələrinin UEFA-nın tələbinə əsasən, FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.

Digər Xəbərlər
Xəbər Lenti