"Qarabağ"dan söz düşdü, Stanislav Çerçesov bu dəfə dedi ki…

14 Avqust 2022 17:20 Çempionlar Liqası 2 834
"Qarabağ"dan söz düşdü, Stanislav Çerçesov bu dəfə dedi ki…

"Qarabağ"la matç artıq tarixdə qalıb".

Sportinfo.az xəbər verir ki, bunu Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Stanislav Çerçesov klubun rəsmi saytına müsahibəsində deyib.

58 yaşlı mütəxəssis Çempionlar Liqasında mərhələ adlaya bilmədikləri üçün təəssüfləndiklərini bildirib:

"Amma irəli baxmalıyıq. Çünki qarşıda mühüm qarşılaşmalar var. "Fehervar"la çempionat görüşünə köklənmişik. Rəqibi analiz etmişik və oyuna tam hazırıq".

III təsnifat mərhələsinin ilk matçında Bakıda rəqibi ilə 1:1 hesablı heç-heçə edən "Qarabağ" Budapeştdə "Ferentsvaroş"a qalib gəlib - 3:1.

"Köhlən atlar" pley-offda Çexiyanın Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə görüşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"