"Viktoriya"nın yeni transferi "Qarabağ"ı gözləyir: "Hazıram"

14 Avqust 2022 16:20 Çempionlar Liqası 1 287
"Viktoriya"nın yeni transferi "Qarabağ"ı gözləyir: "Hazıram"

"Viktoriya"nın yeni transferi Erik Yirka klubun rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Plzen klubunun futbolçusu Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəkləri "Qarabağ" haqda danışıb:

"Viktoriya"nın heyətində Çempionlar Liqasında oynamaq şansım var. Bu, əladı. Çempionlar Liqası böyük turnirdi.

Belə turnirdə oynamaq böyük məsuliyyət və zövq verir. "Qarabağ"la oyunlara tam hazıram. Amma bizim hələ qarşıda Çexiya çempionatında vacib oyunumuz var.

Həmin oyundan sonra bizim Bakıya səfərimiz olacaq və diqqətimizi tam olaraq "Qarabağ"la matça yönəldəcəyik".

​Slovakiya millisinin üzvü olan 24 yaşlı yarımmüdafiəçi “Spartak”(Trnava), “Srvena Zvezda”, “Radniçki”(Nis), “Qornik”(Zabrze), “Mirandes”, “Ovyedo” klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!