“Qarabağ”da bu 4 nəfər ki var... Bütün gözlər onlarda!

14 Avqust 2022 16:00 Çempionlar Liqası 6 051
“Qarabağ”da bu 4 nəfər ki var... Bütün gözlər onlarda!

“Qarabağ” “Ferençvaroş”la çətin keçən oyunda qazandığı qələbə ilə (3:1) Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi.

Növbəti rəqib isə Plzen “Viktoriya”sıdır.

“Köhlən atlar” 6 il əvvəl elə bu turnirin təsnifat mərhələsində iki oyun nəticəsinə görə Çexiya klubunu keçə bilməmişdi. Elə buna görə də oyunların prinsipial xarakter daşıyacağı sirr deyil.

“Qarabağ” “Ferentsvaroş”la görüşlərdə olduğu kimi, “Viktoriya”nın önünə itkilərlə çıxacaq. Əməliyyat olunan Kevin Medina ilə Maksim Medvedev bi müddət komandadan ayrı qalacaqları məlumdur.

İş burasındadır ki, avqustun 23-də Çexiyada baş tutacaq dueldə daha çox itki ilə üzləşməmək üçün diqqətli olmaq gərəkir. Hazırda ağdamlıların heyətində 5 futbolçu cəza sərhəddindədir.

Kevin Medinanın oyunda iştirak etməyəcəyini nəzərə alsaq, digər 4 nəfər ehtiyatlı olmağa məhkumdur. Bunlar Toral Bayramlı, Elvin Cəfərquliyev, Leandro Andrade və Marko Yankoviçdir.

Adları çəkilən oyunçulardan hansısa biri və ya bir neçəsi “Viktoriya” ilə avqustun 17-də Bakıda keçiriləcək oyunda sarı vərəqə alsa(lar), bu, onların cari Çempionlar Liqasında 3-cü “sarı”sı olacaq ki, Çexiyadakı görüşü kənarda izləmək məcburiyyətində qalacaq(lar).

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!