"Qarabağ"ın heyətində ən kiçik səhvə görə..."

14 Avqust 2022 02:50 Çempionlar Liqası 1 548
"Qarabağ"ın heyətində ən kiçik səhvə görə..."

"Ferentsvaroş"un futbolçusu Balint Veçei Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”a qarşı keçirilən cavab görüşü barədə danışıb.

Sportinfo.az xəbər verir ki, macarıstanlı yarımmüdafiəçi komandasının Ağdam təmsilçisinə 1:3 hesablı məğlubiyyətini bu cür şərh edib:

"Qarabağ"ın heyətində ən kiçik səhvə görə bizi cəzalandıra biləcək futbolçuların olduğunu bilirdik. Biz isə əksinə daha ciddi səhvlərə yol verdik.

Rəqib də bundan yararlandı. Passiv idik, topla yavaş-yavaş hərəkət edirdik. Ona görə də əvvəlcədən topu qəbul etdikdən sonra sürətli keçidlər etmək planımız alınmadı.

Top daha çox bizdə olurdu. Amma istədiyimizi edə bilmirdik. İkinci hissədə bu göstəriciləri yaxşılaşdırmaq istədik, o da alınmadı.

Həm qələbə, həm də mərhələni adlaya bilmədiyimizə görə məyus olduq. Bu, çox üzücüdür.

Halbuki doğma divarlar arasında istədiyimizə nail olacağımızı düşünürdük. Amma təslim olmaq fikrimiz yoxdu.

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Hazırlıqlarımız başlayacaq. Ən azından son üç ildə əldə etdiyimiz uğuru təkrarlamaq niyyətindəyik”. (

Digər Xəbərlər
Xəbər Lenti