"Yaxşı müdafiə olunsaq, "Qarabağ"a qalib gələ bilərik"

13 Avqust 2022 12:40 Çempionlar Liqası 979
"Yaxşı müdafiə olunsaq, "Qarabağ"a qalib gələ bilərik"

"Bu rəqibə qalib gələ bilərik".

Sportinfo.az xəbər verir ki, bunu "Viktoriya"nın (Plzen) futbolçusu Forçun Akpan Bessi Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la oyunlar haqqında danışarkən deyib.

Macarıstan "Ferentsvaroş"undan icarəyə götürülən 24 yaşlı nigeriyalı hücumçu III təsnifat mərhələsində "köhlən atlar"a uduzduqları görüşü xatırlayıb:

"Çətin matç idi, indi də belə olacaq. "Qarabağ" irəlidə fəal oynayır və bütün diqqətini rəqibin səhvlərinə cəmləyir.

Yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik. İnanıram ki, yaxşı mübarizə aparacağıq və bu komandanın öhdəsindən gələcəyik".

"Qarabağ" Çexiya təmsilçisinə qarşı ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu