“Bilə-bilə kobud səhvlərə yol verib, “Qarabağ”ın qol vurmasına şərait yaratdıq”

13 Avqust 2022 10:40 Çempionlar Liqası 1 796
“Bilə-bilə kobud səhvlərə yol verib, “Qarabağ”ın qol vurmasına şərait yaratdıq”

“Oyun planlaşdırdığımız kimi olmadı. İlk qol planlarımızı pozdu. Həmin dəqiqədən sonra dağılmamalıydıq, toparlanmaq lazım idi”.

Bu sözləri Macarıstan mətbuatına açıqlamasında “Ferentsvaroş” – “Qarabağ” qarşılaşmasından sonra (1:3) yarımmüdafiəçi Veçey Balint deyib.

Macarıstan millisinin üzvü oyunla bağlı danışarkən ayrı-ayrı məqamlara toxunaraq “Qarabağ”la oyunda edilən hər bir səhvin onlara başa gəldiyini söyləyib:

“Oyunu çevirmək üçün bir çox elementlər çatmadı. İkinci yarıda risk edərək böyük qüvvə ilə irəli atıldıq və bunun nəticəsində növbəti qolları gördük qapımızda. Rəqib əks-hücumlardan məharətlə yararlandı.

Bilirdik ki, “Qarabağ”ın heyətində fərdi ustalıq səviyyəsi yüksək olan oyunçular var, hər kiçik səhvdəcə rəqibi cəzalandıra bilirlər. Amma biz bunu bilə-bilə kobud səhvlərə yol verib onların qol vurmasına şərait yaratdıq.

Əsas problemimiz topla rəftar zamanı cəldlik göstərə bilməməyimiz idi. Buna görə də taktiki tapşırıqları yerinə yetirə bilmirdik. Evdə məğlub olmaq çox üzücüdür. Halbuki burda cütün taleyini xeyrimizə həll edəcəyimizi düşünürdük. Yaşananları unudub Avropa Liqasına hazırlaşmalıyıq”.

“Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində iki oyunun nəticəsinə görə “Ferentsvaroş”u üstələyib – 1:1, 3:1. “Köhlən atlar” bu yarışın pley-offunda Plzen “Viktoriya”sı ilə qarşılaşacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"