"Tapşırığın öhdəsindən gələ bilmədik, “Qarabağ” layiqli qələbə qazandı" - RUSİYALI

12 Avqust 2022 00:50 Çempionlar Liqası 1 365
"Tapşırığın öhdəsindən gələ bilmədik, “Qarabağ” layiqli qələbə qazandı" - RUSİYALI

"Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqası III təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunundan sonra Rusiya mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, "Sport Ekpress"ə danışan 58 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin layiqli qələbə qazandığını deyib:

"Final fitindən sonra həmkarım Qurban Qurbanovu səmimi qəlbdən təbrik etdim. Təəssüf ki, biz tapşırığın öhdəsindən gələ bilmədik.

“Qarabağ” Budapeştdə layiqli qələbə qazandı. Həyat davam edir və biz daha güclü olmaq üçün düzgün dərslər almalıyıq.

Həftəsonu "Ferentsvaroş"u Macarıstan çempionatının oyunu gözləyir. Daha sonra Avropa Liqasının pley-off mərhələsinin ilk matçını keçirəcəyik.

Təbii ki, qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Azarkeşlərimizə dəstəyə görə minnətdarıq, növbəti oyunlarda onları sevindirmək istəyirik.

Mövsüm təzə başlayıb, qarşıda hələ çox oyunlar var".

Digər Xəbərlər
Xəbər Lenti