"Qarabağ"la düşdü, 3 illik müqavilə imzaladı - Müdafiəçi ilə

11 Avqust 2022 17:20 Çempionlar Liqası 1 488
"Qarabağ"la düşdü, 3 illik müqavilə imzaladı - Müdafiəçi ilə

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya" (Plzen) heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Plzen təmsilçisi yerli "Siqma"dən Vatslav Yemelkanı transfer edib.

27 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

"Viktoriya"nın direktoru Adolf Şadek Çexiya millisinin də formasını geyinən təcrübəli futbolçunun dərhal komandaya qoşulduğunu və Azərbaycan çempionuna qarşı keçiriləcək matçlarda iştirak edə biləcəyini söyləyib.

"Qarabağ" və "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

Cavab qarşılaşması isə avqustun 23-də Plzendə baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti