"Qarabağ"ın ÇL-də pley-off oyunlarının təqvimi

10 Avqust 2022 13:40 Çempionlar Liqası 980
"Qarabağ"ın ÇL-də pley-off oyunlarının təqvimi

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya"ya (Plzen) qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, "köhlən atlar" ilk matçını avqustun 17-də Bakıda oynayacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Qarabağ" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti