Azərbaycan futbolu 5 ildən sonra yenidən…

10 Avqust 2022 09:20 Çempionlar Liqası 1 334
Azərbaycan futbolu 5 ildən sonra yenidən…

Bakıda beş ildən sonra yenidən Çempionlar Liqasının himni səslənəcək.

Sportinfo.az xəbər verir ki, bu, "Qarabağ"ın qitənin bir nömrəli klub turnirində pley-offa yüksəlməsi sayəsində gerçəkləşəcək.

III təsnifat mərhələsinin ilk qarşılaşmasında Bakıda Macarıstan "Ferenstvaroş"u ilə 1:1 hesablı heç-heçə edən "köhlən atlar" Budapeştdə rəqibinə qalib gəlib - 3:1.

Azərbaycan çempionu son olaraq 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən Danimarka "Kopenhagen"indən güclü olub - 1:0;1:2.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda həmin mövsüm turnirin qrup mərhələsində mübarizə aparıb.

Çempionlar Liqasının himni turnirin pley-off mərhələsindən etibarən səsləndirilməyə başlayır.

"Qarabağ" pley-offda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə üz-üzə gələcək. Bu raundun ilk matçları 16-17 avqustda, cavab görüşləri 23-24 avqustda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı