"Bizim də məqsədimiz var, inanıram ki, istəyimiz gerçəkləşəcək”

10 Avqust 2022 11:00 Çempionlar Liqası 939
"Bizim də məqsədimiz var, inanıram ki, istəyimiz gerçəkləşəcək”

“Bizim üçün çox vacib oyun idi. Birinci hissədə əlimizə düşən ilk fürsətdən istifadə etdik.

Daha sonra da yaxşı imkanlarımız oldu. İkinci yarıda açıq oyun getdi.

Hesab bizim xeyrimizə olduğu üçün mübarizə aparmaq asan oldu”.

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanda “Ferenstvaroş”u 3:1 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

İkinci hissədə yüngül zədə aldığını bildirən 31 yaşlı yarımmüdafiəçi erkən vurulan qolun komandaya motivasiya verdiyini söyləyib:

“İlk yarıda bizim və rəqibin kifayət qədər qol şansları oldu”.

Zubir Çempionlar Liqasının qrup mərhələsində oynamaq istədiyini diqqətə çatdırıb:

“Belə turnirdə iştirak etmək bütün futbolçuların arzusudur. Bizim də məqsədimiz var. İnanıram ki, istəyimiz gerçəkləşəcək”.

Digər Xəbərlər
Xəbər Lenti