Viktoriya bu qələbə ilə pley-off-da "Qarabağ"a rəqib oldu - VİDEO

10 Avqust 2022 01:20 Çempionlar Liqası 1 158
Viktoriya bu qələbə ilə pley-off-da "Qarabağ"a rəqib oldu - VİDEO

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi məlum olub.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti raundda Çexiyadan "Viktoriya" ilə qarşılaşacaq.

Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə məğlub etdiyi "Şerif"i evdə də eyni hesabla udaraq, pley-offa vəsiqə qazanıb.

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti