"Qarabağ"ı udmalı idik, bacarmadıq - Pis başladıq, pis də qurtardıq" - Stanislav Çerçesov

10 Avqust 2022 00:40 Çempionlar Liqası 1 787
"Qarabağ"ı udmalı idik, bacarmadıq - Pis başladıq, pis də qurtardıq" - Stanislav Çerçesov

"Əslində oyuna pis başladıq, pis də qurtardıq.

Fikrimizcə, biz udmalı idik. Amma praktikada bunu bacarmadıq".

Sportinfo.az xəbər verir ki, bunu "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov Macarıstanda "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, səhvləri sırf müdafiəçilərin üstünə atmaq düzgün deyil:

"Biz komanda şəklində uduzduq. Xüsusilə çox top itkilərinə yol verdiyimiz üçün məğlub olduq".

59 yaşlı baş məşqçinin sözlərinə görə, özündən razı olmaq pis deyil:

"Hətta deyərdim ki, belə oyunlıar üçün yaxşıdır. Baş məşqçiyəm, bütün məsuliyyət mənə aiddir. Daha sonra sakit başla səhvləri harada buraxdığımızı analiz edəcəyik".

O, "Qarabağ"ın çox güclü komanda olduğunu vurğulayıb:

"Hücumda əla oynadılar. Məğlubiyyəti daha çox bununla əlaqələndirərdim. Rəqib qələbəyə layiq idi. Biz də yaxşı komandayıq.

Sadəcə, alınmadı. Hamınız bizi sorğu-sual edirsiniz. Bu, sizin işinizdir. Bizim işimiz isə səhvlərdən nəticə çıxarmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti