"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində - YENİLƏNİB

9 Avqust 2022 23:55 Çempionlar Liqası 1 837
"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində - YENİLƏNİB

"Qarabağ" bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, "köhlən atlar" Macarıstanda "Ferentsvaroş" klubunun qonağı olacaq.

"Groupama Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos del Serro idarə edəcək.

Azərbaycan çempionu oyuna ciddi itkilərlə çıxacaq. İki əsas mərkəz müdafiəçisi - Maksim Medvedev və Kevin Medina zədə səbəbindən bu matçda iştirak edə bilməyəcək.

Əvəzində ilk görüşü cəzalı olduqları üçün buraxan Kadi Borges və Riçard Almeyda komandanın baş məşqçisi Qurban Qurbanovun sərəncamında olacaq.

Budapeşt təmsilçisindən isə Henri Vinqonun Ağdam klubuna qarşı oynamayacağı dəqiqdir. Rayan Mmae və Mats Knusterin meydana çıxmaları isə sual altındadır.

Mərhələni adlayan komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.

Bakıdakı ilk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Bu cütün qalibi pley-offda "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) duelinin güclüsü ilə görüşəcək.

Moldovadakı ilk matçda Çexiya təmsilçisi 2:1 hesablı qələbə qazanıb. "Ferentsvaroş" - "Qarabağ" cütündə uduzan tərəf isə Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə qarşılaşacaq.

İrlanidyadakı ilk oyunda meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.

9 avqust

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan) 1:3

Qollar: Traore, 87 - Abdullah Zubir, 7, İbrahima Vadji, 54, 78

Hakimlər: Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya)

VAR hakimləri: Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva

"Ferentsvaroş": 90. Deneş Dibus, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 15. Adnan Kovaçeviç, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 25. Rasmus Telander, 70. Frank Boli, 93. Aissa Laiduni

Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Sabolç Merql, 4. Mats Knuster, 5. Muhamed Beşiç, 8. Rayan Mmae, 19. Balint Veçei, 23. Lorand Paska, 28. Karlos Auski, 44. Styepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev

Budapeşt, "Groupama Arena"

Digər Xəbərlər
Xəbər Lenti