Mahir Emreli pley-off-a vəsiqənin sevincini yaşayacaqmı? - ÇL-də bu gün

9 Avqust 2022 18:20 Çempionlar Liqası 1 450
Mahir Emreli pley-off-a vəsiqənin sevincini yaşayacaqmı? - ÇL-də bu gün

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, 10 qarşılaşmanın hamısı eyni gündə gerçəkləşəcək.

Azərbaycan təmsilçisi "Qarabağ" Macarıstanda "Ferenstvaroş"la üz-üzə gələcək. Bakıdakı ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.

Moldova "Şerif"i Çexiyada "Viktoriya" (Plzen) kollektivinin qonağı olacaq. Kişineudakı ilk qarşılaşmada "Şerif" 1:2 hesabı ilə uduzub.

Bu cütün qalibi pley-offda "Qarabağ" – "Ferentsvaroş" duelinin güclüsü ilə görüşəcək.

Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) Xorvatiyada Bolqarıstan "Lüdoqorets"ini sınağa çəkəcək.

Zaqreb klubu ilk matçda qalib gəlib – 2:1. "Dinamo" mərhələ adlayacağı təqdirdə növbəti raundda “Budyo Qlimt” (Norveç) – “Jalqiris” (Litva) cütünün qalibi ilə görüşəcək.

20:00. "Jalgiris" (Litva) – “Budö/Qlimt” (Norveç)

İlk oyun – 0:3

21:00. “Apollon” (Kipr) – “Makkabi” (Hayfa, İsrail)

İlk oyun – 0:4

21:00. "Viktoriya" (Plzen, Çexiya) – "Şerif" (Moldova)

İlk oyun – 2:1

21:00. “Pünik” (Ermənistan) – “Srvena Zvezda” (Serbiya)

İlk oyun – 0:5

21:45. "Midtüllann" (Danimarka) – "Benfika" (Portuqaliya)

İlk oyun – 1:4

22:00. "Ferentsvaroş" (Macarıstan) – "Qarabağ" (Azərbaycan)

İlk oyun – 1:1.

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Ludoqorets" (Bolqarıstan)

İlk oyun – 2:1

22:30. PSV (Niderland) – "Monako" (Fransa)

İlk oyun – 1:1.

22:30. “Şturm” (Avstriya) – “Dinamo” (Kiyev, Ukrayna)

İlk oyun – 0:1

22:45. "Reyncers" (Şotlandiya) – "Yunion" (Belçika)

İlk oyun – 0:2

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı