"Optimistəm, "Ferentsvaroş" "Qarabağ"la oyunu səhvsiz tamamlamalıdır"

9 Avqust 2022 13:20 Çempionlar Liqası 655
"Optimistəm, "Ferentsvaroş" "Qarabağ"la oyunu səhvsiz tamamlamalıdır"

"Bu matçda konsentrasiya çox vacibdir. Komanda görüşü səhvsiz tamamlamalıdır".

Sportinfo.az xəbər verir ki, bunu "Ferentsvaroş"un sabiq futbolçusu Kristian Listeş Macarıstanda "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə "Nemzetisport"a açıqlamasında deyib.

46 yaşlı keçmiş yarımmüdafiəçi "köhlən atlar"ın bacarıqlı oyunçularının olduğunu bildirib:

"Onların yaxşı sürəti var. Bundan əlavə, iki əsas oyunçuları da geri qayıdıb. İlk oyunda yüksək rütubət var idi və şərtlər çətin idi.

Amma hər iki komanda balanslı matç oynadı. İndi də eynisini gözləyirəm. Çox yaxın mübarizə olacaq, amma optimistəm".

Listeş meydan sahiblərinin yaxşı formada olduğunu söyləyib:

"Futbolçular motivasiyalıdır və möhtəşəm azarkeşlərimiz komandaya kömək edə bilər. Məqsəd yalnız Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir.

Komanda "Qarabağ"ı keçsə, Avropa Liqasının qrupuna düşəcək. Bu da kiçik uğur deyil".

Macarıstan yığmasının sabiq üzvü qarşılaşmanın çətin keçəcəyini diqqətə çatdırıb:

“Qarabağ” topa sahib olmağı sevir. Bu baxımdan komandaların üslubları arasında elə böyük fərq olduğunu düşünmürəm.

Stanislav Çerçesovun hansı taktikadan istifadə etdiyini bilmirəm. Amma onun düzgün taktika tapacağına əminəm".

Bu gün "Groupama Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti