“Qarabağ”ın qarşısını almaq üçün bizə yaxşı güc və düzgün strategiya lazımdır”

9 Avqust 2022 09:20 Çempionlar Liqası 804
“Qarabağ”ın qarşısını almaq üçün bizə yaxşı güc və düzgün strategiya lazımdır”

"Çox güclü komanda ilə qarşılaşacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "Ferenstvaroş"un futbolçusu Balint Veçey Macarıstanda "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi "köhlən atlar"ın hücumçularını xüsusi fərqləndirib:

"Rəqibin qarşısını almaq üçün bizə yaxşı güc və düzgün strategiya lazımdır. Azarkeşlərimzin də dəstəyi ilə öz meydanımızda daha yaxşı oynamaq istəyirik".

Veçey müdafiə baxımından rəqibi qabaqladıqlarını sözlərinə əlavə edib:

"Sürətli əks-hücumlarla onları cəzalandıra bilərik. Sabah bütün gücümüzü ortaya qoyacağıq. Matça sakit başlamaq çox vacibdir".

Avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda