"Mərhələ adlamaq üçün "Qarabağ"dan daha yaxşı oynamaq lazımdır” – Macar əfsanəsi

7 Avqust 2022 19:40 Çempionlar Liqası 1 162
"Mərhələ adlamaq üçün "Qarabağ"dan daha yaxşı oynamaq lazımdır”  – Macar əfsanəsi

“Maraqlı və gərgin oyun oldu. Açığı, gözlədiyim nə idisə, onu da gördüm”.

Bu sözləri “Qarabağ” – “Ferentsvaroş” oyunu ilə bağlı ölkəsinin mətbuatına danışan Macarıstan təmsilçisinin sabiq futbolçusu Kristian Listyeş deyib.

10 il Almaniya Bundesliqasında “Ştutqart”, “Verder”, “Borussiya” (Münxenqladbax) kimi komandaların şərəfini qorumuş Macarıstan futbolunun əfsanələrindən biri oyunla bağlı danışarkən “Qarabağ” haqda xoş fikirlər səsləndirib:

“İlk hissənin gedişində “Ferentsvaroş” oyuna nəzarət edir, rəqibə rahat hücum qurmaq imkanı vermir və bunun nəticəsi kimi hesabda öndə gedirdi.

Lakin “Qarabağ”ın heç nədən hesabı bərabərləşdirməsindən sonra üstünlük onların tərəfinə keçdi.

Ona görə də sürəti artırıb “Ferentsvaroş”un qapısı qarşısında təhlükəli vəziyyətlər yaradırdılar. Xüsusən də cinah hücumkları təhlükəli olurdu.

“Qarabağ”ın hazırlıqlı, yaxşı keyfiyyətlərə sahib oyunçuları var. Bu, faktdır. Qarşılaşmaboyu ayrı-ayrı fərdlərin nəyə qadir olduğunu gördük.

Amma bəxt bir qədər tərəfimizdə olsaydı, “Ferentsvaroş” meydanı qələbə ilə tərk edə bilərdi. Məşqçilər heyəti komandanı oyuna çox yaxşı hazırlamışdı.

90 dəqiqənin davamı gələn həftə Budapeştdə olacaq. Mərhələ adlamaq üçün daha yaxşı oynamaq lazımdır”.

“Ferentsvaroş”un yetirməsi olan Kristian Listyeş ayrı-ayrı vaxtlarda 5 il bu komandanın uğurları üçün tər töküb, 2 dəfə ölkə çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti