“Ferentsvaroş”un əsas adamı “Qarabağ“dan dedi: “Gizlətmirəm…”

6 Avqust 2022 21:20 Çempionlar Liqası 2 588
“Ferentsvaroş”un əsas adamı “Qarabağ“dan dedi: “Gizlətmirəm…”

“Ferentsvaroş” Bakıdakı oyunda “Qarabağ”ın əlindən qaçmağı bacardı.

Təmsilçimiz qol imkanlarından yararlana bilsə və ən vacibi, tam heyətlə mübarizə aparsaydı, çətin ki, matç bərabərliklə başa çatardı.

Hazırkı vəziyyətdə nisbi üstünlük macarların tərəfindədir. Səfərdən heç-heçə ilə qayıdan komanda üzvlərinin gələcəyə ümidlə baxması anlaşılandır.

Lakin “Ferentsvaroş”un futbolçuları “Qarabağ”a məğlub olmamağa şükür etmək əvəzinə Bakıda rastlaşdıqları əngəlləri qabardır və sanki onlar olmayacağı halda qalib gələcəkdilər.

Komandasının əsas adamı - qapıçı kapitan Denes Dubuş Macarıstan mətbuatına verdiyi açıqlamada “Qarabağ”la oyunla bağlı fikirlərini dilə gətirib:

“Gizlətmirəm, ikinci yarıda əsasən nəticəni qorumaq haqda düşünürdük. Müdafiəçilərimiz əvəzlənmişdi, üstəlik, mübarizə apardığımız əngəllər vardı.

Bakıda yüksək rütubət var idi, qazon da gücümüzü aldı. Razıyam, matç rəqibin xeyrinə başa çata bilərdi. Çünki bir neçə qol imkanları vardı.

Səfərdəki heç-heçədən narazı qala bilmərik. Sadəcə qolu necə buraxdığımızı hələ də anlaya bilmirəm.

“Qarabağ”ın yaxşı komanda olduğunu gördük. İndi növbə Macarıstandakı oyundadır. Maraqlı oyun olacaq, amma bizə azarkeşlərimizi sevindirmək üçün qələbə lazımdır”.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü avqustun 9-da keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı