"Qarabağ"ın müdafiəsində problemlərin olduğunu gördük"

5 Avqust 2022 00:50 Çempionlar Liqası 962
"Qarabağ"ın müdafiəsində problemlərin olduğunu gördük"

“Slovakiyada "Slovan"a qarşı oynadığımız futbolu Bakıda da təkrarlamaq istəmirdik.

Bilirdik ki, burada ağıllı oynamalı və nəticəyə fikir verməliyik”.

Sportinfo.az xəbər verir ki, bunu "Ferentsvaroş"un futbolçusu Endre Botka Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

27 yaşlı sağ cinah müdafiəçisi Budapeştdəki cavab oyununda qalib gəlməli olduqlarını bildirib:

"Hesabda önə çıxsaq da, təəssüf ki, "Qarabağ" dönən topdan sonra hesabı bərabərləşdirə bildi. Komandamızın bütün üzvləri matça konsentrasiya olunmuşdular.

Rəqib futbolçular hücumda çox güclü oynasalar da, müdafiə xətlərində problemlərin olduğunu gördük. Cavab görüşündə bundan yararlanmalıyıq.

Çempionlar Liqasının qrup mərhələsinə düşmək istədiyimiz üçün ev oyununda qalib gəlməliyik".

Botka Bakıdakı havadan da şikayətlənib:

"Ümid edirəm ki, Macarıstanda həmin vaxt hava daha əlverişli olacaq, o qədər də bulanıq olmayacaq və bədənimizə bağladığımız hiroskopdan tüstü çıxmayacaq".

"Ferentsvaroş" – "Qarabağ" cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti