Bakıda oynadı, azarkeşləri qınadı, “Qarabağ”ın zəif cəhətini açıqladı

4 Avqust 2022 20:40 Çempionlar Liqası 1 422
Bakıda oynadı, azarkeşləri qınadı, “Qarabağ”ın zəif cəhətini açıqladı

“Bilirdik ki, bu matçda ağıllı oynamalı və nəticəni diqqətdə saxlamalıyıq”.

Bu sözləri “Qarabağ”la “Ferentsvaroş” arasında keçirilmiş oyundan sonra (1:1) Macarıstan mətbuatına açıqlamasında Endre Botka deyib.

27 yaşlı müdafiəçi oyunla bağlı danışarkən təmsilçimizin güclü və zəif cəhətlərindən söz açıb. Eyni zamanda Bakıda üzləşdikləri problemləri dilə gətirib:

“”Qarabağ”ın rikoşetdən sonra hesabı bərabərləşdirməsi yerinə düşmədi. Fikrimcə, komanda halında ağıllı və inamlı çıxış etdik.

“Qarabağ” hücumda güclü təsir bağışlayırdı. Lakin müdafiədə problemləri var idi. Bu dəfə bəzi imkanları boşa verdik. Cavad oyununda səhvləri bağışlamamalıyıq.

Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək istəyiriksə, Budapeştdə mütləq qələbə qazanmalıyıq.

Ümid edirəm ki, hava xoş olacaq, Bakıdakı kimi bürküdə boğulmayacağıq. Ən əsası azarkeşlərimiz Bakıdakılar kimi stadionda siqaret çəkməyəcək”.

Endre Botka Bakıdakı oyunda start heyətində yer alıb və 61-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Komandalar arasındakı cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!