"Qarabağ"la heç-heçədən narazı qala bilmərik – Ggücümüzü çox aldı"

4 Avqust 2022 20:20 Çempionlar Liqası 679
"Qarabağ"la heç-heçədən narazı qala bilmərik – Ggücümüzü çox aldı"

"İkinci hissədə biz daha çox nəticəni qorumağa çalışdıq".

Sportinfo.az xəbər verir ki, bunu Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"un kapitanı və qapıçısı Deneş Dibus deyib.

O, 1:1 hesabı ilə başa çatan görüşün çətinliyindən danışıb:

"Oyun şəraiti ağır, rütubət yüksək idi. Stadion çox gücümüzü aldı. Qarşılaşmada nəticə rəqibin xeyrinə də bitə bilərdi, çünki onların da şansları vardı.

Səfərdəki heç-heçədən narazı qala bilmərik. Buraxdığımız qolda bir az bəxtimiz gətirmədi. “Qarabağ”ın yaxşı komanda olduğunu gördük.

Bütün bildiklərimiz ikinci oyunda bizə lazım olacaq. Bunu evdə – öz tamaşaçılarımızın qarşısında etmək lazımdır”.

"Ferentsvaroş" – "Qarabağ" cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti