"Qarabağ" ÇL-də 3-cü yerdə gedir - Ən çox qol vurmaqda

4 Avqust 2022 17:20 Çempionlar Liqası 871
"Qarabağ" ÇL-də 3-cü yerdə gedir - Ən çox qol vurmaqda

“Qarabağ” Çempionlar Liqasında vurduğu qol sayında liderlər sırasında olmaqda davam edir.

Sportinfo.az xəbər verir ki, III təsnifat mərhələsinin ilk oyunlarında Ağdam klubu ümumilikdə 11 qol vurub.

Bu göstəriciyə görə, “Qarabağ” turnirin III təsnifat mərhələsində rəqibi olan “Ferentsvaroş”la (ilk oyun - 1:1) üçüncü yeri bölüşür.

Birinci yerdə Norveçin "Budö Qlimt" (17 qol), ikinci pillədə İslandiyanın "Vikinqur" (12 qol) komandası qərarlaşıb.

Bundan başqa, “Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borqes də sıralamada bombardirlər yarışında ikinci yerdədir. O, oynadığı 4 matçda 4 dəfə fərqlənib. 5 qol vuran Viktor Bonifase ("Budö Qlimt") liderdir.

Həmçinin Azərbaycan millisinin və "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç ən çox məhsuldar ötürmə verən futbolçuların reytinqində 1 - 4-cü yerləri bölüşür. Xorvat əsilli futbolçu 3 assistə imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti