"Qarabağ"a qol vuran: "Çerçesov mənə bildirdi ki..."

4 Avqust 2022 11:00 Çempionlar Liqası 2 688
"Qarabağ"a qol vuran: "Çerçesov mənə bildirdi ki..."

"Sərt rəqibə qarşı oynadıq. Müdafiədə bütün gücümüzdən istifadə etməli olduq ki, onların əsasında hücumlar yaradaq".

Sportinfo.az xəbər verir ki, bunu Macarıstan "Ferentsvaroş"unun futbolçusu Frank Boli Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşündən sonra deyib.

Komandasının qolunu vuran 29 yaşlı hücumçu bildirib ki, evdə oynayacaqları cavab qarşılaşmasında üstünlüyə malik olacaqlar. O, səbəb kimi doğma azarkeşlər önündə çıxış edəcəklərini göstərib.

Fil Dişi Sahilindən olan forvard hansı mövqedə oynadığını deyə bilməyib:

"Baş məşqçimiz Stanislav Çerçesov mənə bildirdi ki, sağ cinahdan mərkəzə mümkün qədər çox yardımçı olum. Mən də bu təlimatlara əməl etdim".

Boli komandadan gedəcəyi barədə şayiələrə də reaksiya verib: "Hazırda mən "Ferentsvaroş"dayam və yalnız bu komandanı düşünürəm".

Frank Boli "Qarabağ"la görüşün 17-ci dəqiqəsində hesabı açıb. 34-cü dəqiqədə isə Ovusu Kvabena bərabərlik qolunu vurub. Cavab matçı avqustun 9-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!