"Qarabağ" Bakıda "sülh paktı" imzaladı – VİDEO+FOTOREPORTAJ

4 Avqust 2022 09:00 Çempionlar Liqası 802
"Qarabağ" Bakıda "sülh paktı" imzaladı – VİDEO+FOTOREPORTAJ

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, “köhlən atlar” Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşıb.

Rusiyalı mütəxəssis Stanislav Çerçesovun baş məşqçisi olduğu komanda ilə görüşdə “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunun dolu tribunaları önündə mübarizə aparıb.

“Qarabağ” ilk matçda qələbə qazanmaqla, cavab oyununa üstün durumda yollanmağı hədəfləmişdi. Amma bu oyunda hesabı qonaqlar açıblar.

Azərbaycan çempionu buraxılan topun əvəzini tez çıxsa da, qalan dəqiqələrdə başqa qol qeydə alınmayıb. Beləcə, ilk oyun heç-heçə bitib. Cavab matçı avqustun 9-da Budapeştdə olacaq.

Qurban Qurbanovun komandası bu mərhələyədək Çempionlar Liqasında Polşa “Lex”ini və İsveçrə “Sürix”ini mübarizədən kənarlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti