Çempionlar Liqasında bu gün daha 5 oyun var

3 Avqust 2022 15:20 Çempionlar Liqası 758
Çempionlar Liqasında bu gün daha 5 oyun var

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son oyun günündə də 5 görüş keçiriləcək.

Günün ilk qarşılaşmalarında Azərbaycan çempionu "Qarabağ" Macarıstan "Ferentsvaroş"unu, Norveçin "Budyo Qlimt" komandası Litva "Jalgiris"ni sınağa çəkəcək.

Bundan başqa, Hayfa "Makkabi"si İsraildə Kipr "Apollon"u, Kiyev "Dinamo"su Polşada Avstriyanın "Şturm" klubu, "Srvena Zvezda" isə Serbiyada Ermənistan "Pünik"i ilə üz-üzə gələcək.

3 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan)

20:00. “Budyo Qlimt” (Norveç) – "Jalgiris" (Litva)

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr)

22:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Şturm” (Avstriya)

22:45. “Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan)

Bu mərhələnin cavab oyunları avqustun 9-da oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti