"Şərtlər hər iki komanda üçün eynidir. Bakıya uzun səfər hər hansı problem yaratmayacaq".
Sportinfo.az xəbər verir ki, bunu "Ferentsvaroş" un futbolçusu Tokmak Nquen Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu haqda deyib.
29 yaşlı keniyalı hücumçu Ağdam klubunun yaxşı komanda olduğunu bildirib:
"Ümumiyyətlə, bu mərhələdə zəif rəqib olmur. Rəqibin heyətindəki itkilər barədə məlumatım yoxdur. İstənilən halda, "Qarabağ" əla kollektivdir".
Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.

