Çempionlar Liqasında gecənin MARAQLI NƏTİCƏLƏRİ

3 Avqust 2022 01:00 Çempionlar Liqası 1 172
Çempionlar Liqasında gecənin MARAQLI NƏTİCƏLƏRİ

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib.

Açılış matçında "Qarabağ"ın pley-offdakı potensial rəqibləri olan Moldova "Şerif"i və "Viktoriya" (Plzen) üz-üzə gəlib. Kişineudakı "Zimbru" stadionunda oynanılan qarşılaşma Plzen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) Bolqarıstanda "Lüdoqorets"i 2:1 hesabı ilə məğlub edib. 25 yaşlı forvard zədə səbəbindən bu görüşü buraxıb.

Niderland PSV-si Fransada "Monako" ilə sülhə razılaşıb. Şotlandiya "Reyncers"i Belçikada "Yunion"a 2 cavabsız qolla uduzub. "Benfika" isə Portuqaliyada Danimarka "Midtüllan"ına böyük hesabla qalib gəlib.

2 avqust

21:00. "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) - 1:2

Qollar: İbrahim Akanbi Raşid, 36 (penalti) - Tomaş Hori, 41 (penalti). Pavel Buça, 55

21:45. "Lüdoqorets" (Bolqarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:2

Qollar: Bernard Tekbetey, 22 - Dino Periç, 6. Sercio Padt, 9 (avtoqol)

22:00. "Monako" (Fransa) - PSV (Niderland) - 1:1

Qollar: Aksel Disasi, 81 - Coi Verman, 38

22:45. "Yunion" (Belçika) - "Reyncers" (Şotlandiya) - 2:0

Qollar: Teddi Teuma, 27. Dante Vanzeyr, 76 (penalti)

23:00. "Benfika" (Portuqaliya) - "Midtüllann" (Danimarka) - 4:1

Qollar: Qonsalu Ramuş, 17; 33; 61. Entso Fernandes, 40 - Pione Sisto, 78 (penalti)

Çempionlar Liqasında III təsnifat mərhələsinin digər 5 oyunu bu gün keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda Macarıstan "Ferentsvaroş"unu qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti