Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutacaq.
Açılış matçında "Şerif" Moldovada Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) Bolqarıstanda "Lüdoqorets"in qonağı olacaq. 25 yaşlı forvard zədə səbəbindən bu görüşdə iştirak edə bilməyəcək.
Niderland PSV-si Fransada "Monako" ilə, Şotlandiya "Reyncers"i Belçikada "Yunion" ilə, Danimarka "Midtüllan"ı isə Portuqaliyada "Benfika" ilə üz-üzə gələcək.
2 avqust
21:00. "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya)
21:45. "Lüdoqorets" (Bolqarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)
22:00. "Monako" (Fransa) - PSV (Niderland)
22:45. "Yunion" (Belçika) - "Reyncers" (Şotlandiya)
23:00. "Benfika" (Portuqaliya) - "Midtüllann" (Danimarka)
Çempionlar Liqasında III təsnifat mərhələsinin digər 5 oyunu avqustun 3-də keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda Macarıstan "Ferentsvaroş"unu qəbul edəcək.

