Çerçesov "Qarabağ"ı təriflədi: "Biz indi gözəllik ruhunda deyilik"

2 Avqust 2022 09:00 Çempionlar Liqası 1 753
Çerçesov "Qarabağ"ı təriflədi: "Biz indi gözəllik ruhunda deyilik"

"ərpa məşqi keçdik və səhvlərimizi aradan qaldırdıq".

Sportinfo.az xəbər verir ki, bunu "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis uzun və yorucu səfərə çıxacaqlarını bildirib:

"Budapeştdən Azərbaycan paytaxtına yol yaxın, rəqib isə sıradan komanda deyil. "Qarabağ" Polşa "Lex"i və İsveçrə "Sürix"ini layiqli şəkildə keçdi.

Müntəzəm olaraq avrokubokların qrupunda çıxış edirlər. Bir sözlə, çətin olacaq, amma bu mərhələdə başqa yol yoxdur".

59 yaşlı baş məşqçi Bakının gözəl şəhər olduğunu söyləyib:

"Lakin biz indi gözəllik ruhunda deyilik. Qayıtdıqdan dərhal sonra - avqustun 9-na planlaşdırılan cavab oyununa hazırlaşacağıq.

Macarıstan çempionatının II turundakı oyunumuz təxirə salındığı üçün yaxın gələcəkdə bütün fikrimiz "Qarabağ"a qarşı matçla bağlıdır".

Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Ferentsvaroş" qarşılaşması saat 20:00-da başlayacaq. Cavab matçı avqustun 9-da Budapeştdə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti