"Ferentsvaroş"un futbolçusu Henri Vinqo zədələnib.
Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.
Rusiyalı mütəxəssis bildirib ki, ABŞ-dan olan 27 yaşlı müdafiəçi Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu buraxacaq.
Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

