"Qarabağ"la oyun çətin olacaq, hər şey bizim öz əlimizdədir"

1 Avqust 2022 13:40 Çempionlar Liqası 1 428
"Qarabağ"la oyun çətin olacaq, hər şey bizim öz əlimizdədir"

"Əlbəttə, "Qarabağ" çətin rəqibdir. 2 il əvvəl "Qarabağ" haqqında bir az məlumat öyrənmişdim".

Sportinfo.az xəbər verir ki, bunu Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"un futbolçusu Kristoffer Sakariassen deyib.

28 yaşlı yarımmüdafiəçi oyuna əlavə olunmuş 4-cü dəqiqədə "Puşkaş Akademiyası"na vurduğu baş qolu ilə "Ferentsvaroş"a Macarıstan çempionatının ilk turunda qələbə qazandırıb.

Norveçli futbolçu klub televiziyasına müsahibəsində avsustun 3-də Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri oyundan da danışıb:

"Güclü rəqibə qarşı mövsümün ilk turunda qalib gəldik. Hazırda biz hər iki yarışda yaxşı yerdəyik.

Hamı "Qarabağ"la oyuna hazırdır. Bilirik ki, çətin oyun olacaq. Ancaq hər şey bizim öz əlimizdədir. Əgər oyunçular yaxşı formada olsa, bizim qələbə qazanmaq üçün şansımız olacaq".

"Qarabağ" "Ferentsvaroş"la ilk oyununu avqustun 3-də Bakıda, cavab matçını avqustun 9-da Budapeştdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti