Çerçesov: "Qarabağ" uğur qazanmağa layiq idi"

1 Avqust 2022 11:00 Çempionlar Liqası 2 366
Çerçesov: "Qarabağ" uğur qazanmağa layiq idi"

Çempionlar Liqası III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.

Sportal.az xəbər verir ki, "Chanmpionat" nəşrinə danışan rusiyalı mütəxəssis Azərbaycan klubu haqda da fikirlərini bildirib:

“İstirahət üçün vaxt yoxdur. “Slovan”ı keçməyimiz əla oldu. İndi “Qarabağ” haqda düşünməyə başlayacağıq.

“Sürix” “Qarabağ”a uduzdu. Buna görə bu haqda danışmağa ehtiyac yoxdur. “Qarabağ” uğur qazanmağa layiq idi.

Amma yenə deyirəm, Azərbaycan klubu ilə matç haqda sonra düşünəcəyik. Bakıya çərşənbə axşamı uçacağıq".

"Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü 3 avqustda evdə, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştddə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə