"Qarabağ" pis komanda ola bilməz" - "Ferenstvaroş"un hücumçusu

31 İyul 2022 00:30 Çempionlar Liqası 1 172
"Qarabağ" pis komanda ola bilməz" - "Ferenstvaroş"un hücumçusu

"Rəqib haqqında hələlik o qədər də məlumatım yoxdur.

Amma bilirəm ki, onlar da əvvəl bizim kimi Çempionlar Liqasının qrup mərhələsində oynayıblar. Bu səbəbdən pis komanda ola bilməz".

Sportinfo.az xəbər verir ki, bunu "Ferenstvaroş"un futbolçusu Frank Boli Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibləri "Qarabağ" barədə "Nemzetisport"a müsahibəsində deyib.

Fil Dişi Sahilindən olan 29 yaşlı hücumçu Çempionlar Liqasında asan matçın olmadığını bildirib:

"Bu oyunlara yaxşı hazırlaşmalıyıq. Çərşənbə günü səfər matçımız olacaq. Həmin vaxtadək rəqib haqqında bütün məlumatları əldə edəcəyik.

Amma hazırda fikrimizi çempionatın I turundakı "Puşkaş Akademiyası" ilə görüşə yönəltmişik. Bu olduqca vacib qarşılaşmadır".

"Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti