İki futbolçudan imtina etdi, yenisini gətirdi - "Qarabağ"la oyunlar üçün

30 İyul 2022 22:40 Çempionlar Liqası 1 389
İki futbolçudan imtina etdi, yenisini gətirdi - "Qarabağ"la oyunlar üçün

"Ferentsvaroş" "Qarabağ"a qarşı keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarından əvvəl sifariş ərizəsində dəyişiklik edib.

Sportinfo.az xəbər verir ki, "Keçkemet"a icarəyə verilən qapıçı Adam Varqa və amerikalı Henri Vinqo heyətdən çıxarılıb.

Vinqonun hansı səbəbdən siyahıdan kənarda qaldığı məlum olmasa da, onu Bosniya və Herseqavina millisinin dayaq yarımmüdafiəçisi Muhamed Beşiç əvəzləyib.

Rusiyalı baş məşqçi Stanislav Çerçesovun oyunadək – çərşənbə axşamı Avropa vaxtı ilə 00:00-dək daha iki dəyişiklik etmək hüququna malikdir.

Qapıçılar: Adam Boqdan, Deneş Dibus; B siyahısı: Marsell Kovaç, Sabolç Merql, Öri Levente

Müdafiəçilər: Adnan Kovaçeviç, Endre Botka, Eldar Çiviç, Rasmus Telander, Mats Knöster, Lorand Paska, Sami Mmaee;

Yarımmüdafiəçilər: Muhamed Beşiş, Aissa Layduni, Anderson Esiti, Kristofer Zakariasen, Stepyan Lonçar, Veçei Balint, Xavyer Mersier; B siyahısı: Oliver Nad

Hücumçular: Adama Traore, Karlos Auzkui, Frank Boli, Fortune Bassey, Tokmak Nquen; B siyahısı: Damir Redjiç, Norbert Kayan, Kristian Listeş

"Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti