"Sürix"in (İsveçrə) kapitanı Yanik Brexer Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"la heç-heçə etdikləri cavab oyununu (2:2) şərh edib.
Sportinfo.az xəbər verir ki, o, ÇL-də mübarizəni dayandırdıqları matçla bağlı deyib:
"Sonda bunun baş verməsini istəmirdik. Bu gün oyunun taleyini kiçik detallar qərar verdi.
Biz yenə iki axmaq qol buraxdıq. Sadə səhvlərə yol verdik. Beynəlxalq arenada belə səhvlər bağışlanmır".
"Qarabağ" iki oyunun nəticəsinə (3:2, 2:2) əsasən 3-cü təsnifat mərhələsinə yüksəlib. "Sürix" isə mübarizəni Avroliqada davam etdirəcək.

